Bank Of Baku

ABŞ səfiri Məzahir Pənahovla görüşüb

ABŞ səfiri Məzahir Pənahovla görüşüb
# 30 yanvar 2009 15:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir görüşdə Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. E. Dersi martın 18-də keçiriləcək referendumun hazırlanıb keçirilməsi ilə bağlı qurumun fəaliyyəti ilə maraqlanıb.
MSK sədri isə öz növbəsində referendumun keçirilməsi üçün təqvim planının hazırlandığını və hazırlıqların buna uyğun aparıldığını qeyd edib. O referendumla bağlı genişmiqyaslı maarifləndirmə proqramının həyata keçirildiyini, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin dərc edilərək seçicilərə çatdırıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR