Bank Of Baku

Azərbaycanın 2009-cu il dövlət büdcəsinə may ayında yenidən baxılacaq

Azərbaycanın 2009-cu il dövlət büdcəsinə may ayında yenidən baxılacaq
# 02 fevral 2009 09:30 (UTC +04:00)
Spiker deyib ki, yaz sessiyasında deputatları gərgin iş rejimi gözləyir. O, parlamentdə bu müddətdə hökumətin, Ombudsmanın, Hesablama Palatasının, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatlarının dinləniləcəyini bildirib: “May ayında isə 2009-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq”.

Spiker “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin təşəbbüskarının Milli Məclis olduğunu xatırladaraq, parlamenti bu sahədə də gərgin iş gözlədiyini qeyd edib. O. Əsədov Milli Məclisin Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat verməsi barədə məlumatlara da biganə qalmayacağını söyləyib: “Bununla Xarici İşlər, Müdafiə nazirlikləri məşğul olur. Milli Məclisdə Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Təklif var ki, həmin qrupun bir neçə üzvünü Rusiyaya ezamiyyətə göndərək, orada rusiyalı həmkarları ilə görüşüb, məsələni araşdırsınlar. Ondan sonra biz bu məsələni parlamentdə müzakirə edərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR