Bank Of Baku

Siyavuş Novruzov: “Azərbaycan telekanallarında türk dilində serialların yayımına qoyulan qadağa aradan qaldırılmalıdır”

Siyavuş Novruzov: “Azərbaycan telekanallarında türk dilində serialların yayımına qoyulan qadağa aradan qaldırılmalıdır”
# 02 fevral 2009 10:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasındakı çıxışında YAP-çı millət vəkili Siyavuş Novruzov deyib. Deputat Milli Televiziya və Radio Şurasının türk seriallarının yayımının dayandırılması barədə qərarına etiraz edib: “Biz də türkük və həmin serialları çox yaxşı başa düşürük, onların tərcüməsinə ehtiyac yoxdur. Heydər Əliyev deyib ki, biz bir millət iki dövlətik. Bir millətin iki dili ola bilməz. Kim o serialları başa düşmürsə, gedib soy-kökünü araşdırsın”.

S. Novruzov türk seriallarının kifayət qədər tərbiyəvi əhəmiyyətə malik olduğunu qeyd edərək bu qadağanın aradan qaldırılmasının vacib olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR