Bank Of Baku

Səməd Seyidov: “Belə davam edərsə, Azərbaycan Avropa Şurasına qarşı münasibətini dəyişəcək”

Səməd Seyidov: “Belə davam edərsə, Azərbaycan Avropa Şurasına qarşı münasibətini dəyişəcək”
# 02 fevral 2009 10:41 (UTC +04:00)
APA-nın məlumatına görə, S. Seyidov deyib ki, Azərbaycan AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Yalnız “Alternativ xidmət haqqında” qanunun qəbul edilmədiyini xatırladan deputat bunun mövcud reallıqdan irəli gəldiyini, Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu qeyd edib.

S. Seyidov Azərbaycanın da AŞ-dan eyni münasibəti gözlədiyini bildirib: “Lakin Azərbaycan Avropa Şurasından heç bir məntiqə sığmayan münasibət görür. Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri demokratik olub. Beynəlxalq təşkilatlar da müsbət rəylərini bildirib. Bəs nəyə görə prezident seçkisi siyasi məhbus yaradan, mətbuata təzyiq göstərilən, insan ölümü ilə nəticələnən Ermənistan Azərbaycanla eyni tutulur? Bu dözülməzdir, Avropa Şurasının Azərbaycana qarşı ikili standartıdır. Heç olmasa bu ölkəni tənqid etsinlər, orda olan problemləri desinlər. Bunun əvəzində isə “bəh-bəh”lə mövqe bildirirlər. Bu azmış kimi, Azərbaycanda problemlər axtarılır. Azərbaycanda gedən prosesləri görməyərək, Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbusların mövcudluğu ilə bağlı məruzəçi təyin etmək cəhdləri üzə çıxır. Mən bununla bağlı prezidentin və Milli Məclisin mövqeyini çatdırmışam. Əgər bu münasibət davam edərsə, Azərbaycan Avropa Şurasına qarşı münasibətini dəyişdirməlidir və dəyişəcək”.

S. Seyidov qeyd edib ki, AŞ-da gedən proseslər Azərbaycana qarşı təzyiq məqsədi daşıyır: “Onlar istəyirlər ki, Azərbaycanı öz yolundan döndərsinlər. Azərbaycanın Ermənistanla bir cərgədə tutulması yolverilməzdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR