Bank Of Baku

İsveç paytaxtında Xocalı faciəsinin növbəti ildönümü münasibətilə mitinq keçiriləcək

İsveç paytaxtında Xocalı faciəsinin növbəti ildönümü münasibətilə mitinq keçiriləcək
# 02 fevral 2009 11:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzi meydanında Xocalı faciəsinin növbəti ildönümü münasibətilə mitinq keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 22-də yerli vaxtla saat 14:00-da başlayacaq mitinq İsveçdə fəaliyyət göstərən “Qarabağ”, “Azərbaycan”, “Ərk”, “Odlar Yurdu” və “Prometey” cəmiyyətləri tərəfindən təşkil ediləcək. Aksiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Xankəndində yerləşən 366-cı alayının köməyi ilə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində törədilən qətliam isveçlilərin diqqətinə çatdırılacaq. Aksiyada beynəlxalq təşkilatlardan Ermənistanın cəzalandırılması da tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR