Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev: “Ermənistan prezidenti ilə danışıqlarda irəliləyiş əldə olunsa da, bu kifayət deyil”

Azərbaycan prezidenti İlham Əliyev: “Ermənistan prezidenti ilə danışıqlarda irəliləyiş əldə olunsa da, bu kifayət deyil”
# 02 fevral 2009 11:12 (UTC +04:00)
APA-nın “AzerTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Wall Street Journal” qəzetinə müsahibəsində söyləyib. Prezident Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmədiyini bildirib və bunu münaqişənin həll olunmamasının əsas səbəbi adlandırıb: “Ermənistan prezidenti ilə danışıqlarda irəliləyiş əldə olunsa da, bu, kifayət deyil”. Dövlət başçısı Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı sualı belə cavablandırıb: “Danışıqlar prosesinə birbaşa cəlb olunmuş ölkələr, Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Gürcüstandakı münaqişədən sonra açıq şəkildə elan etdilər ki, Dağlıq Qarabağın tanınması müzakirə mövzusu deyil, həmin hadisələr bu cür presedent yaratmayacaq. Lakin geosiyasi baxımdan, əlbəttə ki, əgər sizin qonşunuz və ya qonşularınız bir-biri ilə müharibə vəziyyətindədirsə, demək, bu, sizin özünüz üçün yaxşı deyil. İndiki halda Gürcüstan və Rusiya Azərbaycanın qonşularıdır və bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var”. Prezident Ermənistanla aparılan danışıqlar prosesinin ölkəmizin Gürcüstandakı müharibə zamanı üzləşdiyi çətinliklərlə əlaqəsi olmadığını vurğulayıb: “Bəli, həmin vaxt bizim üçün asan olmadı, çünki bizim əsas enerji daşıyıcılarımız Gürcüstan ərazisindən nəql olunur, müharibə isə, onun üçün böyük maneə idi. Biz nefti nəql etmək üçün başqa yollar axtarmalı olduq. Əlbəttə, beynəlxalq bazarlara nə qədər çox çıxışımız olsa, bizim üçün bir o qədər yaxşıdır. Lakin hazırda Gürcüstanda vəziyyət sabitləşib, bu ölkənin ərazisindən nəqletmə ilə bağlı problem yoxdur. Bundan əlavə, qeyd etdiyim kimi, başqa marşrutlar da mövcuddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR