Bank Of Baku

MSK 9 təşəbbüs qrupunun təqdim etdiyi seçici imzalarını yoxlayır

MSK 9 təşəbbüs qrupunun təqdim etdiyi seçici imzalarını yoxlayır
# 02 fevral 2009 12:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Hazırda Mərkəzi Seçki Komissiyası (MSK) referendumla bağlı 9 təşəbbüs qrupunun təqdim etdiyi seçici imzalarını yoxlayır. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq həmin təşəbbüs qruplarının təşviqat qrupu kimi qeydə alınıb-alınmaması barədə ən geci fevralın 10-na kimi qərar qəbul edilməlidir. O, hazırda “Vətəndaş Cəmiyyəti”, “Hüquq və Demokratiya”, “Azad söz”, “Davamlı İnkişaf Naminə”, “Qarabağ və Respublika Uğrunda Hərəkat”, “Respublikaçılar”, “Azərbaycan Xalq Cümhuriyyəti” və “Zəka” təşəbbüs qruplarının imzalarının yoxlanıldığını deyib.

Qeyd edək ki, MSK-ya ümumilikdə 14 təşəbbüs qrupu müraciət edib. Onlardan 3-ü - “Yeni Azərbaycan”, “Tərəqqi” və “Şəhər” təşəbbüs qrupları təşviqat qrupu kimi qeydə alınıb, “Abad Kənd” təşəbbüs qrupunun qeydiyyatından isə imtina edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR