Bank Of Baku

“Yeni Azərbaycan” təşviqat qrupunun bölgələrdəki nümayəndələri üçün seminarlar təşkil olunub

“Yeni Azərbaycan” təşviqat qrupunun bölgələrdəki nümayəndələri üçün seminarlar təşkil olunub
# 02 fevral 2009 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumla bağlı “Yeni Azərbaycan” təşviqat qrupunun bölgələrdəki nümayəndələri üçün seminarlar təşkil olunub. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, son 2 gündə Salyan, Hacıqabul, Neftçala, Sabirabad, Saatlı, Şirvan, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının nümayəndələri üçün seminarlar keçirilib. Seminarlarda “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini Mübariz Qurbanlı Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə məlumat verib, seçicilər arasında maarifləndirmənin təşkili və izahat işinin aparılmasının xüsusiyyətləri barədə müzakirələr aparılıb. Seminarlarda “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatları Rüstəm Xəlilov, Əkrəm Abdullayev, Gülhüseyn Əhmədov, Rüstəm Xəlilov, Səfər Məmmədov və Əhəd Əhmədov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR