Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 03 fevral 2009 07:04 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də saat 11.40-dan 11.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.25-dən 13.30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.55-dən 15.20-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 3-də saat 01.09-dan 01.15-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dən 02.30-dək Füzuli rayonunun adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR