Bank Of Baku

Milli Məclisin daimi komissiyalarının birgə iclasında Mənzil Məcəlləsi müzakirə olunub

Milli Məclisin daimi komissiyalarının birgə iclasında Mənzil Məcəlləsi müzakirə olunub
# 03 fevral 2009 11:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin dörd daimi komissiyasının birgə iclasında Mənzil Məcəlləsinin layihəsi müzakirə edilib. APA-nın məlumatına görə, iclasda sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyib ki, bu sənəd mənzil sahəsindəki hüquqi münasibətləri və vətəndaşların mənzil hüquqlarını tənzimləyəcək. Hüquq siyasəti də dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov birinci oxunuşdan sonra layihədə 100-dək dəyişiklik edildiyini deyib. Onun sözlərinə görə, layihədə dövlət ehtiyacları üçün mənzillərin alınması tələb olunarsa, bunun əvəzində vətəndaşlara kompensasiyanın ödənilməsi ilə bağlı müddəa da öz əksini tapıb. Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev təklif edib ki, vətəndaşlara kompensasiyanın qabaqcadan ödənməsi məsələsi sənədə daxil edilsin. Deputat Fazil Mustafa isə bu məcəllənin gecikdiyini, artıq Bakı şəhərində aparılan böyük tikinti işlərinin başa çatdırıldığını bildirib. O, Mənzil Məcəlləsində yataqxanalarla bağlı məsələnin ayrıca bölmə kimi verilməsini təklif edib. Deputat Fuad Muradov isə yaşayış binalarının kommersiya məqsədi ilə istifadə olunduğunu və bunun yolverilməzliyini diqqətə çatdırıb. Müzakirələrdə iştirak edən deputat Nizami İsgəndərov artıq yaşayış sahələrinin qeyri-yaşayış sahələrində çevrildiyini söyləyib. Onun sözlərinə görə, bəzən yaşayış binaların ticarət mərkəzləri və böyük ofislər fəaliyyət göstərir ki, bu da əhalinin haqlı narahatçılığına səbəb olur: “Bundan başqa, yeni yaşayış sahələri tikilərkən avtomobil dayanacaqları üçün yer ayrılması qanunda öz əksini tapmalıdır”. Müzakirələrdən sonra Mənzil Məcəlləsi ikinci oxunuş üçün parlamentə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR