Bank Of Baku

Milli Məclisin iqtisadi siyasət komissiyasının iclasında “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi müzakirə edilib

Milli Məclisin iqtisadi siyasət komissiyasının iclasında “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi müzakirə edilib
# 03 fevral 2009 12:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi müzakirə edilib. Komissiyanın sədri Ziyad Səmədzadə deyib ki, birinci oxunuşdan sonra sənədə 60-dan artıq əlavə və dəyişiklik edilib. Onun sözlərinə görə, bu qanun qəbul edildikdən sonra Azərbaycanda iqtisadi inkişaf tempi yüksələcək. Z. Səmədzadə, həmçinin deyib ki, dünyada maliyyə böhranı hökm sürdüyü bir vaxta belə bir qanunun qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra sənəd ikinci oxunuş üçün parlamentə tövsiyə edilib.

Qeyd edək ki, 19 maddədən ibarət qanun layihəsi Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması, idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR