Bank Of Baku

MSK “Hüquq və Demokratiya” təşəbbüs qrupunu təşviqat qrupu kimi qeydə alıb

MSK “Hüquq və Demokratiya” təşəbbüs qrupunu təşviqat qrupu kimi qeydə alıb
# 03 fevral 2009 13:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumla bağlı daha bir təşviqat qrupu qeydə alınıb. APA-nın məlumatına görə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında “Hüquq və Demokratiya” Təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Təşəbbüs qrupu 42 min 450 seçici imzası toplayıb. İşçi qrupunun yoxlamaları nəticəsində 40 min 759 imza etibarlı, 1691 isə etibarsız sayılıb. İmzaların etibarsız sayılmasına səbəb məlumatların düzgün qeyd olunmaması, bir şəxs tərəfindən bir neçə imzanın atılması, seçki hüququ olmayan vətəndaşların imza atması olub. Buna baxmayaraq, N. Məmmədov qrupun qeydə alınması üçün hüquqi əsasların olduğunu bildirib. MSK üzvləri təşviqat qrupunun qeydə alınmasına yekdilliklə səs veriblər. İclasda həmçinin bir sıra seçki dairələrinin Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR