Bank Of Baku

Demokratiya Uğrunda İttifaq və AMİP “Qarabağ və Respublika Uğrunda” Hərəkatın dəvətini qəbul etməyib

Demokratiya Uğrunda İttifaq və AMİP “Qarabağ və Respublika Uğrunda” Hərəkatın dəvətini qəbul etməyib
# 03 fevral 2009 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün “Qarabağ və Respublika Uğrunda” Hərəkatın rəhbərliyinin növbəti toplantısı keçirilib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını APA-ya verdiyi məlumata görə, Demokratiya Uğrunda İttifaq və Milli İstiqlal Partiyasının nümayəndələri toplantıya dəvət olunsalar da, onlar iclasa qatılmayıblar. O, hərəkat üzvlərinin qarşı tərəfin bu addımını təəssüflə qarşıladıqlarını bildirib.

A. Hacılının sözlərinə görə, iclasda martın 18-də keçiriləcək referendumla bağlı imzatoplama kampaniyasının yekunu və bu mərhələdə müxalifətçilərə qarşı edilən təzyiqlər müzakirə edilib. İclasda həmçinin referendumun qanuna uyğun olub-olmaması məsələsi bir daha müzakirə edilib və referendumun dayandırılması üçün mümkün addımların atılması qərara alınıb.

İclasda Müsavat, Demokrat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Ümid partiyalarının təmsilçiləri və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR