Bank Of Baku

Arif Hacılı: “Referendumdan sonra “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın fəaliyyətini davam etdirib-etdirməyəcəyi bəlli deyil”

Arif Hacılı: “Referendumdan sonra “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın fəaliyyətini davam etdirib-etdirməyəcəyi bəlli deyil”
# 03 fevral 2009 14:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Referendumdan sonra Qarabağ və Respublika Uğrunda Hərəkatın fəaliyyətini davam etdirib-etdirməyəcəyi bəlli deyil”. Bunu APA-ya açıqlamasında hərəkatda təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, hələlik referendumdan sonrakı fəaliyyətlə bağlı qurumda təmsil olunan partiyalar arasında hər hansı müzakirə aparılmayıb: “Bu məsələyə çox güman ki, referendumdan sonra baxılacaq”. A. Hacılı bildirib ki, hazırda hərəkatın Əsasnaməsi üzərində iş gedir və yaxın vaxtlarda bu sənəd təsdiqlənəcək. Əsasnamədə quruma daxil olan partiyaların əməkdaşlıq qaydaları, qarşıda duran hədəflər öz əksini tapacaq.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat və Ümid partiyaları, həmçinin bir neçə ictimai təşkilat təmsil olunur. Hərəkat martın 18-də keçiriləcək referendumla bağlı təşəbbüs qrupu yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR