Bank Of Baku

Azay Quliyev: “Siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi məsələnin həlli deyil”

Azay Quliyev: “Siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi məsələnin həlli deyil”
# 04 fevral 2009 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev AŞ PA-da Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi cəhdinə münasibət bildirib. APA-nın məlumatına görə, A. Quliyev Avropa Şurasının bu siyasətini ikili standart adlandırıb və qeyri-hökumət təşkilatlarının bu məsələyə etiraz etməsinin vacibliyini vurğulayıb: “Məsələnin bu səviyyəyə gəlib çatmasında Azərbaycandakı bəzi hüquq müdafiəçiləri xüsusi rol oynayıb. Azərbaycanda hakimiyyətin və hüquq müdafiəçilərinin nümayəndələrindən ibarət işçi qrup fəaliyyət göstərir. Yeni məruzəçi təyin etmək əvəzinə, məsələ bu çərçivədə həll edilməlidir. Ölkə üzrə siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi məsələnin həlli deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR