Bank Of Baku

Referendumla əlaqədar MSK nəzdində yaradılmış mətbuat qrupu fəaliyyətini bərpa edəcək

Referendumla əlaqədar MSK nəzdində yaradılmış mətbuat qrupu fəaliyyətini bərpa edəcək
# 04 fevral 2009 12:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Martın 18-də keçiriləcək referendumla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılan göstərən mətbuat qrupu öz fəaliyyətini bərpa edəcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, qrupun tərkibində hər hansı dəyişiklik edilməyib və qrup 2008-ci ilin prezident seçkilərində formalaşmış tərkiblə fəaliyyət göstərəcək. Qrup xüsusilə referendumla bağlı təbliğat-təşviqat kampaniyası dövründə kampaniyanı aparan tərəflərin qanunun tələblərinə əməl edib-etməməsinə nəzarət edəcək, bu mərhələdə quruma daxil olan şikayətləri araşdıracaq.

A. Sarıyev onu da qeyd edib ki, seçkilərdə olduğu kimi referendumda da təşviqat qruplarının təşviqat materialları yalnız seçki komissiyaları tərəfindən müvafiq yerlərdə qurulmuş lövhələrə yerləşdirilə bilər. Təşviqat materiallarının binaların üzərinə yerləşdirilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı martın 18-də referendum keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR