Bank Of Baku

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
# 04 fevral 2009 12:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumla əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzini rəhbəri Ramil Hüseynov APA-ya bildirib ki, artıq seçki dairələrinin böyük əksəriyyəti dəqiqləşdirilmiş seçici siyahılarını mərkəzə təqdim edib. R. Hüseynov təqdim olunmuş siyahıların çapına başlanıldığını da söyləyib. Ən geci fevralın 11-nə kimi seçici siyahılarının çapı yekunlaşacaq və aşağı seçki komissiyalarına göndəriləcək. MSK-nın müvafiq qərarından sonra isə ölkə üzrə seçicilərin sayı açıqlanacaq, siyahılar MSK-nın internet saytına yerləşdiriləcək.

Qeyd edək ki, aşağı seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvarın 5-dən başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR