Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər üçün ayrılmış yerlərin sayını artırmağı düşünmür

Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər üçün ayrılmış yerlərin sayını artırmağı düşünmür
# 04 fevral 2009 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyətində kütləvi tədbirlərin keçirilməsi üçün müəyyən olunmuş yerlərin sayının artırılması ilə bağlı hər hansı müzakirə aparılmır. Şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanovun APA-ya verdiyi məlumata görə, kütləvi tədbirlərin keçirilməsi üçün yerlər sonuncu dəfə 2008-ci il prezident seçkiləri ərəfəsində ayrılıb. Şöbə müdiri paytaxtın 11 rayonunun hər birində 1 yerin müəyyənləşdiyini və həmin qərarın hazırda da qüvvədə olduğunu deyib. Kütləvi aksiyalar üçün ayrılmış yerlər aşağıdakılardır:

Binəqədi qəsəbə İdman-Sağlamlıq Kompleksinin stadionu (Binəqədi rayonu), Dövlət Neft Şirkətinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionu (Səbail rayonu), 4-cü mikrorayondakı məhəllə stadionunu (Nəsimi rayonu), Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança (Xətai rayonu), Sahil qəsəbə stadionu (Qaradağ rayonu), Bakıxanov qəsəbəsi “Azneftgeofizika” trestinin qarşısındakı idman meydançası (Sabunçu rayonu), “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin T. İsmayılov adına stadionu (Suraxanı rayonu), Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu, (Yasamal rayonu), Türkan qəsəbə parkının yanındakı meydan (Əzizbəyov rayonu), “Təbriz” kinoteatrının qarşısındakı meydan (Nizami rayonu) və metronun “Ulduz” stansiyasının qarşısındakı meydan (Nərimanov rayonu).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR