Bank Of Baku

MSK müşahidəçilərin qeydiyyatına başlayıb

MSK müşahidəçilərin qeydiyyatına başlayıb
# 04 fevral 2009 13:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçiriləcək referendumu izləmək istəyən müşahidəçilərin qeydiyyatına başlayıb. Qurumun hüquq şöbəsinin müdiri İradə Hacıyevanın APA-ya verdiyi məlumata görə, artıq 163 nəfər müşahidəçiliklə bağlı MSK-ya müraciət edib. O bildirib ki, 163 nəfərdən 8-i QHT-ləri təmsil edir, digərləri isə müstəqil olaraq prosesi izləmək istəyir.

Qeyd edək ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilər istənilən seçki dairəsinin ərazisində prosesi izləmək hüququna malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR