Bank Of Baku

“Yeni Azərbaycan” təşviqat qrupunun bölgələr üzrə nümayəndələri üçün seminar keçirilib

“Yeni Azərbaycan” təşviqat qrupunun bölgələr üzrə nümayəndələri üçün seminar keçirilib
# 04 fevral 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupunun bir sıra bölgələr üzrə nümayəndələri üçün seminar keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fevralın 3 və 4-də İsmayıllı şəhərində qrupun Şamaxı, Qobustan və İsmayıllı təmsilçiləri üçün, Qəbələ şəhərində Şəki, Oğuz və Qəbələ nümayəndələri üçün, Zaqatala şəhərində isə Qax, Balakən və Zaqatala nümayəndələri üçün seminarlar keçirilib. “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı bölgə müşavirələrində Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı çıxış edib, seçicilər arasında maarifləndirmə işinə xüsusi əhəmiyyət verilməsinin vacibliyini vurğulayıb. Seminarlarda “Yeni Azərbaycan” təşviqat qrupunun qarşıda duran vəzifələr və görüləcək işlər barəsində müzakirələr aparılıb. Tədbirlərdə Milli Məclisin deputatları Fəttah Heydərov, Hikmət Atayev və təşviqat qrupunun digər təmsilçiləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR