Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilməsinə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilməsinə icazə verməyib
# 04 fevral 2009 15:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Aydınlar Partiyasının Gənclər Komitəsinin Rusiyanın Azərbaycandakı səfirliyini qarşısında aksiya keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, şəhər rəhbərliyinin cavab məktubunda piket sivil etiraz qaydası hesab olunmayıb, gənclərə öz etirazlarını KİV vasitəsi ilə bildirmək tövsiyə olunub. Partiya şəhər rəhbərliyinin qərarından sonra qeyri-qanuni aksiya keçirmək fikrində olmadığını, buna baxmayaraq, sanksiyalaşdırılmış aksiyanın keçirilməsinə çalışacağını bildirib. Yaxın günlərdə Aydınlar Partiyası yenidən piketə icazə verilməsi üçün BŞİH-ə müraciət edəcək.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd Rusiyanın Ermənistanı silahlandırmasına etiraz ifadə etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR