Bank Of Baku

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Polşa xarici işlər nazirinin müavini ilə görüşüb

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Polşa xarici işlər nazirinin müavini ilə görüşüb
# 05 fevral 2009 07:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan Polşa xarici işlər nazirinin müavini Anjey Kremerlə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə dövlətlər və parlamentlərarası münasibətlərin inkişafından danışılıb. Vitse-spiker parlamentin fəaliyyəti, beynəlxalq əlaqələri, ölkədə həyata keçirilən iqtisadi islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövcud vəziyyət və digər məsələlər barədə qonaqlara ətraflı məlumat verib. A. Kremer Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR