Bank Of Baku

VHP İranın “Səhər” telekanalının fəaliyyətini pisləyən bəyanat yayıb

VHP İranın “Səhər” telekanalının fəaliyyətini pisləyən bəyanat yayıb
# 05 fevral 2009 08:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İranın “Səhər” telekanalının Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlını təhqir etməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda artıq 6 gündür ki, sözügedən telekanalda davamlı olaraq S. Rüstəmxanlının təhqir olunduğu, ona böhtanlar atıldığı bildirilir. Bəyanatda İran telekanalının Azərbaycanda qeyri-qanuni yayımının davam etməsinin doğru olmadığı bildirilir və Azərbaycanın milli təhlükəsizlik xidmətlərinin, müvafiq qurumların buna şərait yaratması doğru hesab olunmur.

Partiyanın Siyasi Şurasının bəyanatında İrandan bu cür əxlaqsız anti-təbliğatı dərhal dayandırmaq, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Azərbaycan dövlətçiliyini təhdid edən əcnəbi kanalların Azərbaycan hüdudları çərçivəsində yayımının qarşısını alınması, Milli Təhlükəsizlik Nazirliyindən Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş bu cür addımları araşdırması və təxirəsalınmaz tədbirlər görməsi tələb olunub. VHP Siyasi Şurası “Səhər” kanalının bu kampaniyanı davam etdirəcəyi halda partiyanın kütləvi etiraz aksiyalarına start verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR