Bank Of Baku

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi növbəti aylıq hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi növbəti aylıq hesabatını açıqlayıb
# 05 fevral 2009 10:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi 2009-cu ilin yanvar ayı ərzində beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunu ilə bağlı hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib ki, ötən ay ərzində dünyada baş verən ən böyük hadisələrdən biri ABŞ-ın yeni prezidenti Barak Obamanın andiçmə mərasimi olub. O, ötən ay Mərkəzi Asiyada maraqlı proseslərin getdiyini, Rusiya prezidentinin Özbəkistana səfərinin bu regionda ciddi geosiyasi nəticələrə səbəb olacağını bildirib. Politoloq Rusiyanın Ermənistana silah satmasının böyük əks-səda yaratdığını da söyləyib.

Hesabatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, Gürcüstanla ABŞ arasında strateji əməkdaşlıq haqqında Xartiyanın imzalanması, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin Antarktidaya ekspedisiyası da əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR