Bank Of Baku

Parlamentin referendum keçirilməsinə dair qərarının qeyri-qanuniliyi ilə bağlı Konstitusiya Məhkəməsində iddia qaldırılacaq

Parlamentin referendum keçirilməsinə dair qərarının qeyri-qanuniliyi ilə bağlı Konstitusiya Məhkəməsində iddia qaldırılacaq
# 05 fevral 2009 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatın rəhbərliyinin növbəti toplantısı keçirilib. Toplantıdan sonra keçirdiyi brifinqdə hərəkatın koordinatoru Leyla Yunus bildirib ki, iclasda martın 18-nə təyin olunmuş referendumla bağlı müzakirə aparılıb. Hərəkat rəhbərliyi Milli Məclisə müraciət edib və referendum aktının Konstitusiyaya zidd olduğunu əsas gətirərək onun ləğv olunmasını vacib sayıb. İclasda, həmçinin, referendumun keçirilməsi ilə bağlı parlamentin 2008-ci il 26 dekabr tarixli qərarının qeyri-qanuni olması ilə bağlı Konstitusiya Məhkəməsində iddia qaldırılmasına qərar verilib. İddianı Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus imzalayıb.

L. Yunus bildirib ki, toplantıda hərəkatın “Azərbaycan Xalq Cümhuriyyəti” və “Milli İstiqlal” Təşəbbüs qruplarına etdiyi müraciətlərin nəticəsi də müzakirə olunub: “Həmin Təşəbbüs qruplarına hərəkata daxil olmaqla bağlı ilkin müraciətlər telefon vasitəsi ilə, daha sonra yazılı formada olub. Lakin davamlı və israrlı dəvətlərə baxmayaraq, onların sərgilədiyi mövqe və mətbuatda ifadə etdiyi fikirlər ciddi təəssüf doğurur. Biz hesab edirik ki, onların bu mövqeyi hakimiyyətin referendumla bağlı manevr imkanlarını artırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR