Bank Of Baku

VHP İranın “Səhər” telekanalının Azərbaycan ərazisində yayımının qarşısının alınmasını tələb edir

VHP İranın “Səhər” telekanalının Azərbaycan ərazisində yayımının qarşısının alınmasını tələb edir
# 05 fevral 2009 13:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası İranın “Səhər” telekanalı ilə bağlı bəyanatla çıxış edib. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, “Səhər” telekanalının Azərbaycan türkcəsində yayımlanan “Kompas” verilişində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı islam əxlaqına və heç bir ləyaqətə sığmayan şəkildə təhqir edilir: “İran xüsusi xidmət orqanları bu cür əxlaqsız verilişlərlə Sabir Rüstəmxanlıya qarşı antitəbliğat apardıqlarını güman edirlər. Problem ondadır ki, bu telekanalın Azərbaycan ərazisində yayımı hələ də davam etməkdədir. VHP Siyasi Şurası bəyan edir ki, “Səhər” kanalının bu cür əxlaqsızlığı davam edəcəyi təqdirdə partiya kütləvi etiraz aksiyalarına start verəcək”. Bəyanatda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Azərbaycan dövlətçiliyini təhdid edən əcnəbi kanalların Azərbaycan hüdudları çərçivəsində yayımının qarşısının alınması, Milli Təhlükəsizlik Nazirliyindən isə Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş addımların araşdırılması və təxirəsalınmaz tədbirlər görülməsi tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR