Bank Of Baku

MSK jurnalistlərin “Azad söz” Təşəbbüs Qrupunu qeydə almaqdan imtina edib

MSK jurnalistlərin “Azad söz” Təşəbbüs Qrupunu qeydə almaqdan imtina edib
# 05 fevral 2009 13:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, qurumun bu gün keçirilən iclasında MSK katibi Natiq Məmmədov deyib ki, Təşəbbüs Qrupu adından təqdim olunan 43 min 100 seçici imzasının 38 min 261-i etibarlı, 4 min 839-u isə İşçi Qrupu tərəfindən etibarsız sayılıb. Təşviqat Qrupunu qeydə almaq üçün 40 min seçici imzası tələb olunduğunu xatırladan N. Məmmədov deyib ki, “Azad söz” Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almaq üçün lazım olan etibarlı imzaların sayı az olub. MSK-nın 2 üzvü əleyhinə olmaqla komissiya adı çəkilən Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almamaqla bağlı qərar qəbul edib.
MSK-nın iclasında “Vətəndaş Cəmiyyəti” Təşəbbüs Qrupu Təşviqat Qrupu kimi qeydə alınıb. N. Məmmədov Təşəbbüs Qrupu adından quruma 43 min 300 imza təqdim olunduğunu, onların 41 min 277-nin etibarlı sayıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR