Bank Of Baku

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb
# 05 fevral 2009 14:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumla əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında bildirib ki, fevralın 10-na qədər seçici siyahıları çap olunaraq aşağı seçki komissiyalarına paylanacaq. O, siyahıları qısa müddətdə dəqiqləşdirib MSK-ya təqdim edən dairə seçki komissiyalarının siyahılarının “Seçkilər” İnformasiya Mərkəzində çapına başlandığını da söyləyib. O, indiyə qədər 35 DSK-nın seçici siyahısının dərc edildiyini açıqlayıb. Ölkə üzrə təxminən 4 milyon 900 minə yaxın seçicinin olduğunu qeyd edən M. Pənahov xaricdə yaşayan seçicilərin də referenduma qatıla biləcəyini deyib. Belə ki, həmin seçicilər Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, diplomatik nümayəndəliklərində yaradılacaq seçki məntəqələrində səs verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR