Bank Of Baku

MSK-da 5 təşviqat qrupu qeydə alınıb

MSK-da 5 təşviqat qrupu qeydə alınıb
# 05 fevral 2009 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumda iştirak etmək üçün bu vaxta qədər Mərkəzi Seçki Komissiyasında 5 təşviqat qrupu qeydə alınıb. APA-nın məlumatına görə, qurumun sədri Məzahir Pənahov ümumilikdə MSK-ya 14 təşəbbüs qrupunun müraciət etdiyini və onların hamısına imza vərəqi verildiyini deyib. Təşəbbüs qruplarından 13-ü vərəqələri quruma qaytarıb, “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu isə vərəqələri qaytarmayıb. M. Pənahov bildirib ki, “Yeni Azərbaycan”, “Tərəqqi”, “Şəhər”, “Vətəndaş Cəmiyyəti”, “Hüquq və Demokratiya” təşəbbüs qrupları təşviqat qrupu kimi qeydə alınıb, “Abad kənd” və “Azad söz” təşəbbüs qruplarının qeydiyyatından isə imtina olunub.

MSK sədri konkret seçki dairəsi ərazisində təşviqat aparmaq üçün dairə seçki komissiyalarına 125 təşəbbüs qrupunun müraciət etdiyini, onlardan 124-nün təşviqat qrupu kimi qeydə alındığını, 1-nin isə qeydiyyatından imtina olunduğunu açqılayıb.

Hazırda MSK-da “Zəka”, “Gələcəyə yol”, “Qarabağ və Respublika Uğrunda”, “Respublikaçılar”, “Milli İstiqlal”, “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarının təqdim etdiyi imzalar yoxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR