Bank Of Baku

MDQB “Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin əsas prinsipləri” mövzusunda dəyirmi masa keçirib

MDQB “Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin əsas prinsipləri” mövzusunda dəyirmi masa keçirib
# 05 fevral 2009 14:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Milli Demokratik Qüvvələr Birliyi (MDQB) “Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin əsas prinsipləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumat görə, Təkamül Partiyasının sədri Teyyub Qəni bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həlli məqsədilə Azərbaycana müxtəlif səpkili təzyiqlər edilir. Onun sözlərinə görə, ölkə vətəndaşları bu məsələdə prinsipiallıq nümayiş etdirməlidir. Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbala Əzimov deyib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək etmir, əksinə dolayısı ilə Ermənistanı dəstəkləyirlər. H. Əzimovun fikrincə, ATƏT-in Minsk Qrupu Azərbaycanı təslimçi sülhə məcbur etmək niyyətindədir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan qanunlarına uyğun həll olunması üçün müxalifət partiyalarının birgə fəaliyyəti olmalıdır.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə bildirib ki, münaqişə ilə bağlı müxalifət partiyalarının birgə müraciətinin dövlət başçısına, həmçinin Milli Məclisə də göndərilməsinə ehtiyac var. Ədalət Partiyasının sədri İlyas İsmayılov isə problemlə bağlı aparılan sülh danışıqlarının nəticəsiz olduğu qənaətini açıqlayıb. İ. İsmayılovun sözlərinə görə, torpaqları azad etmək istəyi sərt şəkildə ortaya qoymalı və bu məsələ beynəlxalq hüququn tələblərinə uyğun olmalıdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbəri Qüdrət Həsənquliyev isə qeyd edib ki, müxalifət bu problemi daim gündəmdə saxlamalıdır. Onun sözlərinə görə, Qarabağ məsələsinin gündəmdə olması üçün müxalifət qüvvələri impuls rolunu oynaya bilər. Qeyd edək ki, Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Təkamül Partiyası və Vahid Azərbaycan Milli Birlik Partiyasının daxil olduğu siyasi blokdur. Qurum 2001-ci ildə təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR