Bank Of Baku

MSK “Qarabağ və Respublika Uğrunda” təşəbbüs qrupunun müraciətini araşdırıb

MSK “Qarabağ və Respublika Uğrunda” təşəbbüs qrupunun müraciətini araşdırıb
# 05 fevral 2009 14:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında “Qarabağ və Respublika Uğrunda” təşəbbüs qrupunun müraciətinə baxılıb. APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov bildirib ki, təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinin müraciətində referendumla bağlı ciddi pozuntuların olduğu qeyd edilir. Müraciətdə təşəbbüs qrupunun nümayəndələri Şəhla Hacıyeva və Natəvan Məmmədovanın əsassız olaraq Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə aparıldığı və onlara təzyiq edildiyi bildirilir. MSK katibi müraciətlə bağlı araşdırma aparıldığını, lakin göstərilən faktın təsdiqini tapmadığını söyləyib.

MSK üzvü Akif Qurbanov isə daxil olan müraciətin araşdırılmadığını və yalnız polis orqanlarının açıqlamasının əsas götürülərək nəticə çıxarıldığını bildirib. MSK üzvləri təşəbbüs qrupunun müraciətini əsassız sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR