Bank Of Baku

Yaqub Abbasov: “ACP rəhbərliyində referendumla bağlı vahid mövqe yoxdur”

Yaqub Abbasov: “ACP rəhbərliyində referendumla bağlı vahid mövqe yoxdur”
# 06 fevral 2009 10:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyasının siyasətini onun lideri müəyyənləşdirir. Əgər partiyanın lideri Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı mövqeyini ortaya qoymasa, o zaman mən öz mövqeyimi açıqlayacağım. Təəssüf edirəm ki, bəzi şəxslər bilərəkdən partiyanın konkret qərar qəbul etməsini uzadırlar”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov deyib. Y. Abbasov bildirib ki, partiyanın lideri Rəsul Quliyevin referenduma münasibətini açıqlamamasının səbəbləri ona bəlli deyil: “Mən bir həftə gözləyəcəyimi söyləmişəm. Bu müddətdə partiya referendumla bağlı qərar qəbul etməlidir. Çünki referendum ciddi prosesdir və siyasi partiyanın bu prosesdən kənarda qalması düzgün deyil”. Y. Abbasov ACP rəhbərliyində referendumla bağlı vahid mövqe olmadığını, üç fərqli təklifin irəli sürüldüyünü qeyd edib. Bu təkliflər referendumu dəstəkləmək, əleyhinə çıxış etmək və partiya üzvlərinin referendumda sərbəst iştirakından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR