Bank Of Baku

MSK referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması və sayını müzakirə edib

MSK referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması və sayını müzakirə edib
# 06 fevral 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda ölkə üzrə seçici siyahılarının tərtibinə dair məsələ müzakirə edilib. MSK katibi Natiq Məmmədov bildirib ki, artıq seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb və siyahılar MSK-nın nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzinə daxil olub. O, ölkə üzrə seçicilərin ümumi sayının 4 milyon 804 min nəfər olduğunu deyib. N. Məmmədov bundan sonrakı mərhələdə siyahıların çap olunaraq aşağı seçki komissiyalarına göndəriləcəyini və MSK-nın internet saytına yerləşdiriləcəyini söyləyib.

İclasda səsvermə bülletenlərinin mətni, forması, sayı haqqında məsələ də müzakirə olunub. Seçki qanunvericiliyinə uyğun olaraq MSK səsverməyə 35 gün qalmış bülletenlərlə bağlı müvafiq qərar qəbul etməlidir. N. Məmmədovun sözlərinə görə, bülletendə səsverməyə çıxarılan 29 əlavə və dəyişikliyin hər birinin qarşısındakı iki qrafada “Hə” və “Yox” sözləri yazılacaq. Seçicilər səsvermə zamanı bu iki qrafadan birini qeyd etməlidir. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlər seçicilərin ümumi sayından 3 faiz çox - 4 milyon 949 min 18 ədəd çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR