Bank Of Baku

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək
# 06 fevral 2009 14:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Referendumla əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, hər seçkidən əvvəl olduğu kimi, bu dəfə də aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi, onların peşəkarlığının artırılması üçün müvafiq addımlar atılacaq. MSK-nın beynəlxalq əlavələr şöbəsinin müdiri Rövzət Qasımov isə treninqlərlə bağlı proqram hazırlandığını və qısa müddətdə bu prosesin başa çatdırılacağını söyləyib. Onun sözlərinə görə, yaxın günlərdə hər Dairə Seçki Komissiyasının 2 üzvü paytaxta çağırılacaq və onlar üçün 4 günlük treninq keçiriləcək. Bundan sonrakı mərhələdə həmin şəxslər öz dairələri ərazisində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edəcəklər. R. Qasımov martın 8-dək bu prosesin başa çatacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR