Bank Of Baku

Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim siyasi fəaliyyətini dayandırıb

Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim siyasi fəaliyyətini dayandırıb
# 06 fevral 2009 14:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri Tufan Kərimin səhhətində ciddi problemlər yaranıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bununla əlaqədar olaraq T. Kərim müvəqqəti olaraq siyasi fəaliyyətini dayandırıb. AMİP-in Nizamnaməsinə uyğun olaraq bu müddətdə onun səlahiyyətlərini birinci müavini Eldar Tağıyev həyata keçirəcək.

T. Kərim APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, uzun müddətdir, ürəyində ciddi ağrılar başlayıb. Ötən il infarkt keçirdiyini bildirən partiya sədri onun fəsadlarının yenidən baş qaldırdığını deyib: “Hazırda həkim nəzarətindəyəm, müalicə olunuram. Bir müddət aktiv fəaliyyət göstərməyim məqsədəuyğun sayılmır. Bu, səhhətimdə daha ciddi problemlər yarada bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR