Bank Of Baku

Azərbaycanda keçiriləcək referendumun bülletenlərinin çap olunduğu mətbəə Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən mühafizə olunur

Azərbaycanda keçiriləcək referendumun bülletenlərinin çap olunduğu mətbəə Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən mühafizə olunur
# 07 fevral 2009 08:21 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunur. Mətbəənin yerləşdiyi ərazi Dövlət Xüsusi Mühafizə Xidmətinin əməkdaşları tərəfindən mühafizə edilir. A. Sarıyev bildirib ki, prosesə MSK-nın üç üzvündən – Qabil Orucov, Oqtay Hümbətli və Tofiq Həsənovdan ibarət yaradılmış komissiya nəzarət edir. Ölkə üzrə seçicilərin sayından 3 faiz artıq - 4 milyon 949 min 18 bülleten çap olunacaq.

Qeyd edək ki, bülletendə referenduma çıxarılmış Konstitusiyanın 29 maddəsinə nəzərdə tutulan 49 dəyişiklik əksini tapacaq. Hər bir əlavə və dəyişikliyin qarşısında “hə” və “yox” qrafaları olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR