Bank Of Baku

“Yeni Azərbaycan” təşviqat qrupu ölkənin cənub və qərb bölgələrində seminar-müşavirələr keçirib

“Yeni Azərbaycan” təşviqat qrupu ölkənin cənub və qərb bölgələrində seminar-müşavirələr keçirib
# 07 fevral 2009 09:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Yeni Azərbaycan” təşviqat qrupu martın 18-də keçiriləcək referendumla bağlı qrupun təbliğat-təşviqat kampaniyasını aparacaq şəxslər üçün qərb və cənub bölgəsində seminar-müşavirə keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, cənub bölgəsində keçirilən tədbirdə qrupun Lənkəran, Astara, Lerik və Yardımlı təmsilçiləri iştirak edib. Seminar – müşavirədə millət vəkilləri Hadı Rəcəbli, Mirkazım Kazımov, Eldar İbrahimov iştirak edib və çıxış ediblər. Onlar Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə iştirakçılara məlumat veriblər. Yeni Azərbaycan partiyasını təmsil edən millət vəkilləri Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı əhali arasında maarifləndirmə işinin aparılmasını vacib sayıblar.

Qərb bölgəsi üzrə keçirilən seminar-müşavirədə isə qrupun Göygöl, Qazax, Ağstafa və Tovuz təmsilçiləri iştirak edib. Bu tədbirdə millət vəkilləri Rafiq Məmədhəsənov, Rövşən Rzayev, Aydın Abbasov iştirak edib və onlar da Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR