Bank Of Baku

“Yeni Azərbaycan” təşviqat qrupunun şimal bölgəsindəki nümayəndələri üçün seminar-müşavirə keçirilib

“Yeni Azərbaycan” təşviqat qrupunun şimal bölgəsindəki nümayəndələri üçün seminar-müşavirə keçirilib
# 09 fevral 2009 10:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupunu şimal bölgəsində təmsil edən nümayəndələr üçün seminar-müşavirə keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Dəvəçi, Siyəzən və Xızı rayonlarının nümayəndələri üçün Dəvəçi şəhərində, Xaçmaz, Quba və Qusar rayonlarının nümayəndələri üçün isə Xaçmaz şəhərində keçirilən seminarda YAP sədrinin müavini Əli Əhmədov və partiyadan olan millət vəkilləri - Eldar İbrahimov, Tahir Süleymanov və Yevda Abramov iştirak ediblər. Ə. Əhmədov seçicilərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər biri ilə bağlı geniş məlumat verməyin vacib olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR