Bank Of Baku

122 saylı Xankəndi seçki dairəsi üzrə seçicilərinin sayı 227 nəfər azalıb

122 saylı Xankəndi seçki dairəsi üzrə seçicilərinin sayı 227 nəfər azalıb
# 09 fevral 2009 11:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. 122 saylı Xankəndi seçki dairəsi üzrə seçicilərinin sayı azalıb. Bu barədə APA-ya Dairə Seçki Komissiyasının (DSK) sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, ötən bir il müddətində xeyli Xankəndi sakini öz qeydiyyatını dəyişərək digər rayonlara qeydiyyata düşüb. 2008-ci ildə DSK-nın seçicilər siyahısında 4 min 684 seçicinin adı olsa da, 2009-cu ilin yanvarında aparılan dəqiqləşdirmələrdən sonra seçicilərin sayının 4 min 457 nəfər olub. A. Doluxanov Xankəndi sakinlərinin öz qeydiyyatlarını dəyişməsini də doğru hal saymayıb. DSK sədri seçici siyahısında erməni mənşəli şəxslərin də olduğunu qeyd edib: “Amma onlar öz soyadlarını dəyişmiş şəxslərdir”. Qeyd edək ki, 122 saylı DSK-nın 9 seçki məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR