Bank Of Baku

VHP İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək

VHP İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək
# 09 fevral 2009 11:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək. Partiyadan APA-ya verilən məlumata görə, aksiyada İranın “Səhər” telekanalının Azərbaycan dilində yayımlanan “Kompas” verilişində Azərbaycan dövlətçiliyinə və VHP sədri Sabir Rüstəmxanlıya qarşı aparılan təbliğat kampaniyasına etiraz bildiriləcək. Fevralın 17-də keçirilməsi nəzərdə tutulan piketlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Aksiyada İrandakı azərbaycanlıların hüquqlarının bərpası tələbi də səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR