Bank Of Baku

“Respublikaçı Alternativ” İctimai Birliyi Sumqayıtda görüş keçirib

“Respublikaçı Alternativ” İctimai Birliyi Sumqayıtda görüş keçirib
# 09 fevral 2009 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Respublikaçı Alternativ” (REAL) İctimai Birliyi Sumqayıt şəhərində növbəti ictimai görüşünü keçirib. Birlikdən APA-ya verilən məlumata görə, 50-dən çox yerli sakinin qatıldığı görüşdə iqtisadçı Zöhrab İsmayıl maliyyə böhranı və ondan çıxış yolları haqqında məruzə edib. Politoloq İlqar Məmmədov isə hökumətin təbliğat dilinin 2005-2009-cu illərdə məruz qaldığı dəyişikliklər mövzusunda statistik təhlil verib. Müzakirələr əsasında yekun bəyanat qəbul edilib. Növbəti ictimai tədbir Lənkəranda keçiriləcək.

Qeyd edək ki, “Respublikaçı Alternativ” İctimai Birliyinə AMİP sədrinin keçmiş müavini, politoloq İlqar Məmmədov, hüquqşünaslar Ələsgər Məmmədli, Erkin Qədirli, politoloq İlqar Məmmədov, jurnalist Şahin Abbasov, konfliktoloq Aytən Qəhrəmanova, hüquq müdafiəçisi Emin Hüseynov, iqtisadçılar Zöhrab İsmayıl, Natiq Cəfərli və digər şəxslər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR