Bank Of Baku

Azərbaycanda keçiriləcək referendumla bağlı daha iki Təşəbbüs qrupu Təşviqat qrupu kimi qeydə alınıb

Azərbaycanda keçiriləcək referendumla bağlı daha iki Təşəbbüs qrupu Təşviqat qrupu kimi qeydə alınıb
# 09 fevral 2009 13:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda martın 18-nə təyin olunmuş referendumla bağlı “Davamlı inkişaf naminə” və “Zəka” Təşəbbüs qruplarının Təşviqat qrupu kimi qeydlə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, “Davamlı inkişaf naminə” təşəbbüs qrupu 102 seçki dairəsini əhatə etməklə 46 min 500 seçici imzası toplayaraq quruma təqdim edib. İşçi qrupunun yoxlamaları nəticəsində 42 min 770 seçici imzası etibarlı, 3830 seçici imzası isə etibarsız sayılıb. “Zəka” Təşəbbüs qrupu isə 112 seçki dairəsini əhatə edən 44 min 700 seçici imzası təqdim edib. Bunların 42 min 621-i etibarlı, 2079-u isə etibarsız sayılıb. N. Məmmədov hər iki qrupun Təşviqat qrupu kimi qeydə alınması üçün əsasların olduğunu deyib. MSK üzvləri adıçəkilən Təşəbbüs qruplarının Təşviqat qrupu kimi qeydə alınmasına yekdilliklə səs veriblər.

Qeyd edək ki, referendumla bağlı təşviqat qruplarının ümumi sayı 7-yə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR