Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb
# 09 fevral 2009 15:24 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”ni təsdiq etsin, DMX-nin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi, habelə sistem çərçivəsində müvafiq dövlət orqanları və digər informasiya sistemləri (resursları) arasında əlaqələndirmənin təşkil edilməsi üçün lazımi tədbirlər görsün.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR