Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda Hərəkat “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarına yenidən müraciət edəcək

“Qarabağ və Respublika Uğrunda Hərəkat “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarına yenidən müraciət edəcək
# 09 fevral 2009 15:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Qarabağ və Respublika Uğrunda Hərəkatın “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarına yenidən müraciət edəcəyi istisna edilmir”. Bu fikirləri APA-ya açıqlamasında Hərəkatın üzvü olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, müxalifətin vahid cəbhədə birləşməsi üçün yenə də cəhdlər olunacaq. A. Hacılı bildirib ki, adıçəkilən təşəbbüs qruplarının hərəkatın birinci müraciətinə mənfi cavab verməsi onlar tərəfindən təəccüb və təəssüflə qarşılanır: “Eyni zamanda hər iki təşəbbüs qrupunun tutduğu mövqe hakimiyyətə manevr imkanları verir. Amma biz onların ümummüxalifət prosesinə qatılacaqlarına ümidimizi itirməmişik”. A. Hacılı hərəkatın növbəti toplantısında bu məsələnin yenidən müzakirə olunacağını bildirib.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkat “Milli İstiqlal” və “Azərbaycan Xalq Cümhuriyyəti” təşəbbüs qruplarına hərəkata daxil olmaqla bağlı müraciət etsələr də, qarşı tərəf buna mənfi reaksiya verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR