Bank Of Baku

Azərbaycan prezidenti əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb
# 09 fevral 2009 15:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, 2008-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2009-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR