Bank Of Baku

Azərbaycan Milli Məclisində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi qəbul olunub

Azərbaycan Milli Məclisində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi qəbul olunub
# 10 fevral 2009 11:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul edilib. APA-nın məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Nazir müavini ötən il Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1615 müraciətin daxil olduğunu deyib. Onun sözlərinə görə, bələdiyyələrin qəbul etdiyi 15 min akt baxılmaq üçün nazirliyə göndərilib. Nazirlik isə 635 aktın dəyişdirilməsini tövsiyə edib. V. Zahirov deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı 143 iddia baxılmaq üçün məhkəmələrə göndərilib, 15 bələdiyyə barəsində cinayət işi açılıb. Nazir müavininin sözlərinə görə, ötən il hərrac və müsabiqə qaydalarının pozulması halları da qeydə alınıb.

Sonra məruzə ətrafında çıxışlar başlayıb. MM-in Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə isə bildirib ki, Ədliyyə Nazirliyi bələdiyyələrə hüquqi yardım göstərməlidir. Millət vəkili Pənah Hüseyn isə qeyd edib ki, məruzədə bələdiyyələrə aidiyyəti olmayan məsələlər əksini tapıb, sənəd mədhiyyələrlə doludur. Deputat bələdiyyələrin icra hakimiyyətlərinin əlavəsi olduğunu qeyd etməklə yanaşı, Bakıda böyük şəhər bələdiyyəsinin yaradılmasını da təklif edib.

Deputat Azay Quliyev isə məruzəni yüksək qiymətləndirərək, Ədliyyə Nazirliyinin bələdiyyələrə hüquq yardım göstərdiyini deyib. O, kiçik bələdiyyələrin ləğv olunmasını, onların birləşdirilməsini təklif edib. A. Quliyev, həmçinin, bələdiyyələrin saytının yaradılmasının vacibliyini vurğulayıb.

Millət vəkili Mübariz Qurbanlı da kiçik bələdiyyələrin birləşdirilməsini təklif edib.

Müzakirələrdən sonra məruzə qəbul edilib.

İclasda, həmçinin, “Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi 3-cü oxunuşda qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR