Bank Of Baku

Azərbaycan prezidenti İranda İslam inqilabının 30-cu ildönümü münasibətilə bu ölkənin rəhbərlərinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İranda İslam inqilabının 30-cu ildönümü münasibətilə bu ölkənin rəhbərlərinə təbrik məktubu göndərib
# 10 fevral 2009 14:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İranda İslam inqilabının 30-cu ildönümü münasibətilə bu ölkənin ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi və prezident Mahmud Əhmədinejada təbrik göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumqat verilib. Prezident təbrik məktubunda İslam inqilabı günü münasibətilə hər iki dövlət xadimini öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. Əminəm ki, belə bir təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bundan sonra da xalqlarımızın mənafelərini əks etdirərək rifahımıza xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR