Bank Of Baku

Fuad Muxtarov: “Növbədənkənar qurultayın keçirilməsi bu gün üçün aktual deyil”

Fuad Muxtarov: “Növbədənkənar qurultayın keçirilməsi bu gün üçün aktual deyil”
# 10 fevral 2009 14:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayının keçirilməsi bu gün üçün aktual deyil. Amma buna baxmayaraq, biz yaxın gələcəkdə qurultayı keçirməyə çalışacağıq”. Bunu APA-ya açıqlamasında AMİP-in baş katibi Fuad Muxtarov deyib. Onun sözlərinə görə, partiya bir ildən artıqdır ki, qurultaya tam hazırdır, sadəcə, yer problemi ilə əlaqədar qurultayı keçirib yeni sədrini seçə bilmir. F. Muxtarov bildirib ki, partiya son bir ildə dəfələrlə qurultay keçirməyə çalışsa da, hakimiyyət dairələri bu tədbir üçün yer ayırmayıb: “Çox güman ki, referendumdan sonra bir daha qurultay keçirməyə cəhd edəcəyik”.

Qeyd edək ki, 2007-ci ildə AMİP sədri Ayaz Rüstəmov vəzifəsindən istefa verib. Həmin vaxtdan partiya sədrsiz fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR