Bank Of Baku

Ermənilər azərbaycanlılarla yəhudilər arasına nifaq salmaq üçün yeni təxribata əl atıblar

Ermənilər azərbaycanlılarla yəhudilər arasına nifaq salmaq üçün yeni təxribata əl atıblar
# 10 fevral 2009 15:29 (UTC +04:00)
Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün hər an fürsət gözləyən ermənilər bu dəfə İsrail-Fələstin münaqişəsindən yararlanmaq niyyətinə düşüblər. azertopnews.3dn.ru adlı internet saytında “Sumqayıtda nə baş verir?” başlığı ilə yazı yerləşdirən ermənilər guya burada yaşayan yəhudilərə hücumların olduğunu bildirirlər. Yazıda deyilir: “Hələlik yoxlanmamış məlumatlara görə, fevralın 8-dən 9-na keçən gecə Sumqayıtın bəzi rayonlarında bir neçə insident baş verib. Söhbət yəhudi ailələrinin evlərinə edilən quldur basqınlarından gedir. İlkin məlumatlara görə, hücumlar nəticəsində 12-dək şəxs zərər çəkib, onlar müxtəlif dərəcəli xəsarətlər, o cümlədən bıçaq yaraları ilə xəstəxanalara yerləşdiriliblər. Güman olunur ki, bu, bir qədər əvvəl Qəzzada baş vermiş hadisələrlə bağlıdır. Qeyd edək ki, Azərbaycanda yaşayan yəhudilərə qarşı mənfi münasibət 2006-cı ildən - Azərbaycandakı yəhudi icmasının İsrailin Livanda həyata keçirdiyi əməliyyata dəstək verməsindən sonra baş qaldırıb. “Cümə” məscidinin imamı İlqar İbrahimoğlu həmin vaxt kəskin çıxış edib, hətta yəhudiləri qisasla hədələyib: “Mən İxilova söz verirəm ki, biz livanlılar və fələstinlilərlə həmrəyliyimizi göstərəcəyik”.

AzerTopNews-a məlum olub ki, artıq fevralın 9-da səhər Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin təcili müşavirəsini keçirib və baş vermiş hadisələrinin bütün günahkarlarının tapılıb cəzalandırılmasını tələb edib”.

Lakin APA-nın apardığı araşdırmalar nəticəsində yazılanların əsassız, böhtan olduğu, azərbaycanlılarla yəhudilər arasında nifaq salmağa yönəldiyi aydın olub. Maraqlı cəhət odur ki, ermənilər bu dəfə də məhz yaralı yerləri olan Sumqayıtı seçiblər. 1988-ci ildə Sumqayıtda təşkil etdikləri hücumların ildönümü ərəfəsində yenidən bu varianta əl atması başa düşüləndir. 21 il əvvəl məqsədinə çata bilməyən düşmən Sumqayıtı yenidən “vəhşi şəhər” kimi təqdim etməklə, bu dəfə yəhudi kartından istifadə etmək niyyətinə düşüb. Təsadüfi deyil ki, “AzerTopNews”-un qondarma xəbərini yayan erməni saytları 1988-ci ildə bu şəhərdə baş vermiş “erməni qırğınlarını” xatırladıb, yalançı statistika da gətirirlər. Lakin cüzi həqiqət yükü belə olmayan xəbərin fiaskoya uğradığı göz qabağındadır. Bunu Azərbaycanın rəsmi strukturlarının, eləcə də İsrailin Azərbaycandakı səfirliyinin açıqlaması da bir daha sübuta yetirdi.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Ağakişi Allahverdiyev APA-ya bildirib ki, Sumqayıtda heç bir yəhudi ailəsinə qarşı zor tətbiq edilməyib. O, yayılan xəbərlərin yalan olduğunu, təxribat xarakteri daşıdığını söyləyib: “Sumqayıtda yaşayan hər hansı yəhudiyə qarşı kiçik təzyiqdən belə söhbət gedə bilməz”.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev də APA-ya şəhərdə yaşayana yəhudilərlə bağlı hər hansı problemin olmadığını bildirib: “Şəhərdə sakitlikdir. Sumqayıtda yaşayan yəhudilərə hücumların olması barədə məlumat tam əsassızdır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən rəhbəri Sadiq Gözəlov da APA-ya açıqlamasında Sumqayıtda yəhudilərə hücumların edildiyi barədə xəbərləri qəti təkzib edib. O, təkcə Sumqayıtda deyil, bütün ölkə ərazisində yəhudi millətindən olan şəxslərə qarşı hər hansı hücum və ya təzyiqin olmadığını vurğulayıb: “Azərbaycan dini mənsubiyyətinə görə heç kimə təzyiq edilmir. Azərbaycanlılarla yəhudilər əsrlərdir, bir yerdə mehriban qardaş kimi yaşayırlar. Ölkəmiz tolerantlığına görə bütün dünyaya nümunədir. Görünür, məhz bu fakt düşmənlərimizi narahat etdiyindən onlar yalan informasiyalar yaymaqla azərbaycanlılarla yəhudilərin arasını vuracaqlarını düşünürlər. Lakin tarix dəfələrlə sübut edib ki, bu cür cəhdlər əbəsdir, azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi vətəndaşlarımızın münasibətləri hər zaman yüksək səviyyədə olub və olacaq”.

İsrailin Azərbaycandakı səfirliyindən də APA-ya Sumqayıtda yaşayan yəhudi ailələrinə hücumların edilməsi barədə səfirliyinə hər hansı məlumatın daxil olmadığını bildiriblər.

İndi keçək əsas məsələyə, xəbərin mənbəyi olan azertopnews.3dn.ru saytına. Bu saytda, əsasən, Azərbaycanla bağlı xəbərlər yerləşdirilir. Lakin xəbərlərin məzmun və mahiyyətindən aydın olur ki, saytın sahiblərinin Azərbaycana münasibəti daha çox nifrətdən ibarətdir. Adında “azer” sözünün olmasına baxmayaraq, qısa tanışlıqdan sonra saytın müəlliflərinin Ermənistanın xüsusi xidmət orqanlarının olduğu şübhə doğurmur. Sonuncu “Sumqayıtda nə baş verir?” yazısının məhz erməni mətbuatında “azertopnews.3dn.ru” saytına istinadən “raskrutka” olunması da məqsədi aydın ortaya qoyur. Belə məlum olur ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycanın adi ilə sayt yaradır, orada Azərbaycanın əleyhinə yazılar yerləşdirir, sonradan isə bu xəbərləri Azərbaycanın adı ilə bağlı həmin sayta istinadən daha geniş miqyasda yaymağa çalışırlar. Digər maraqlı məqam odur ki, “azertopnews.3dn.ru” partnyorları sırasında Azərbaycanın öndə gedən xəbər agentliklərini və portallarının adını qeyd edib, hiperlinklərini yerləşdiriblər. Bundan əlavə, separatçı “Kabal” və “Talışskoe agentstvo” saytları da “azertopnews.3dn.ru”-nun partnyorları kimi qeyd olunub. Bu, həm də o deməkdir ki, sayt “partnyorlarının” xəbərlərindən geninə-boluna, ürəyi istədiyi şəkildə istifadə edir.

Təbii ki, APA-nın separatçı saytlarla birlikdə Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı şübhə doğurmayan qondarma saytın tərəfdaşı olması mümkün deyil. Məhz bu etirazımızı bildirmək üçün saytın əlaqə telefonlarını və ünvanını əldə etmək istəsək də, mümkün olmadı. Əslində, gözlənilən idi. Qondarma sayt üçün nə ünvan, nə telefon...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR