Bank Of Baku

Milli Məclisdə “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi və Mənzil Məcəlləsi müzakirə olunub

Milli Məclisdə “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi və Mənzil Məcəlləsi müzakirə olunub
# 10 fevral 2009 16:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, 19 maddədən ibarət qanun layihəsi Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması, idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir. Birinci oxunuşdan sonra sənədə 60-dan artıq əlavə və dəyişiklik edildiyini deyən Z. Səmədzadə bu qanun qəbul edildikdən sonra Azərbaycanda iqtisadi inkişaf tempinin yüksələcəyini bildirib. Z. Səmədzadə, həmçinin deyib ki, dünyada maliyyə böhranı hökm sürdüyü bir vaxta belə bir qanunun qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra sənəd ikinci oxunuş üçün parlamentə tövsiyə edilib.

İclasda, həmçinin Mənzil Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəd haqqında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, birinci oxunuşdan sonra layihə ilə bağlı irəli sürülən rəy və təkliflər nəzərə alınıb, 100-dək maddəyə əlavə və dəyişiklik edilib. Ə. Hüseynov mənzil qanunvericiliyinin yeniləşdirilməsinin gələcək perspektiv üçün hüquqi bazanın yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Milli vəkili Baba Tağıyev layihənin yüksək səviyyədə hazırlandığını deyib. Deputat belə bir sənədin qəbul olunmasının mənzil sektorundakı hüquqi münasibətləri tənzimləyəcəyini bildirib. Onun sözlərinə görə, layihədə məcburi satınalmalarla bağlı müddəaya düzəlişlər edilməlidir: “Satınalma prosesləri aparılan zaman satışa çıxarılan mənzillər ilk növbədə dövlətə təklif olunmalıdır”. Layihə ilə bağlı müzakirələr Milli Məclisin növbəti iclasında davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR